Satış Təmsilçisi (Ekvayrinq və Rəqəmsal Həllər)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış Təmsilçisi (Ekvayrinq və Rəqəmsal Həllər)

  • Истекает 24 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Rəqəmsal ödəniş sistemləri (ekvayrinq) və innovativ veb həllər sahəsində fəaliyyət göstərən şirkətimiz bizneslərin inkişafına dəyər qatan məhsullar təqdim edir. Böyüyən komandamıza yüksək nəticəyönümlü və ambisiyalı *Satış Təmsilçisidəvət edirik.

Rolun məqsədi:

  • Şirkətin məhsul və xidmətlərini düzgün mövqeləndirərək yeni biznes imkanlarının yaradılması və uzunmüddətli müştəri əlaqələrinin qurulması.

Əsas məsuliyyətlər:

  • Yeni müştəri seqmentlərinin müəyyən edilməsi və aktiv satış fəaliyyətinin həyata keçirilməsi
  • Ekvayrinq və veb həllərin yüksək səviyyədə təqdimatı və satışın bağlanması
  • Müştəri ehtiyaclarının dərin analizi və fərdiləşdirilmiş təkliflərin hazırlanması
  • Müştəri portfelinin inkişafı və strateji münasibətlərin idarə olunması
  • Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin müntəzəm hesabatı

​​​​​​​Namizədə tələblər:

  • Satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Müxtəlif sahələr üzrə qərarverici şəxslərlə effektiv kommunikasiya və inandırma bacarığı
  • Güclü təqdimat, danışıqlar aparma və bağlama (closing) bacarığı
  • Yüksək stressə davamlılıq və nəticəyönümlülük
  • Multitasking və prioritetləşdirmə bacarığı
  • Rus dili biliyi üstünlükdür

​​​​​​​Təklif edirik:

  • Rəqabətli əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq
  • Yüksək performans üçün əlavə motivasiya proqramları
  • Peşəkar və karyera inkişafı üçün real imkanlar
  • Müasir və dinamik iş mühiti

Uyğun namizədlərdən CV-lərini vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur

  • Daily0
  • Weekly602
  • Monthly2311