Rəqəmsal ödəniş sistemləri (ekvayrinq) və innovativ veb həllər sahəsində fəaliyyət göstərən şirkətimiz bizneslərin inkişafına dəyər qatan məhsullar təqdim edir. Böyüyən komandamıza yüksək nəticəyönümlü və ambisiyalı *Satış Təmsilçisidəvət edirik.
Rolun məqsədi:
- Şirkətin məhsul və xidmətlərini düzgün mövqeləndirərək yeni biznes imkanlarının yaradılması və uzunmüddətli müştəri əlaqələrinin qurulması.
Əsas məsuliyyətlər:
- Yeni müştəri seqmentlərinin müəyyən edilməsi və aktiv satış fəaliyyətinin həyata keçirilməsi
- Ekvayrinq və veb həllərin yüksək səviyyədə təqdimatı və satışın bağlanması
- Müştəri ehtiyaclarının dərin analizi və fərdiləşdirilmiş təkliflərin hazırlanması
- Müştəri portfelinin inkişafı və strateji münasibətlərin idarə olunması
- Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin müntəzəm hesabatı
Namizədə tələblər:
- Satış sahəsində minimum 1 il iş təcrübəsi
- Müxtəlif sahələr üzrə qərarverici şəxslərlə effektiv kommunikasiya və inandırma bacarığı
- Güclü təqdimat, danışıqlar aparma və bağlama (closing) bacarığı
- Yüksək stressə davamlılıq və nəticəyönümlülük
- Multitasking və prioritetləşdirmə bacarığı
- Rus dili biliyi üstünlükdür
Təklif edirik:
- Rəqabətli əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq
- Yüksək performans üçün əlavə motivasiya proqramları
- Peşəkar və karyera inkişafı üçün real imkanlar
- Müasir və dinamik iş mühiti
Uyğun namizədlərdən CV-lərini vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur