C Çin Təbabəti klinikası
  • 360

İnsan Resursları üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə mütəxəssis

  • Deadline 13 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Çin Təbabəti klinikası“ İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;
  • İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
  • Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
  • İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
  • Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
  • Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
  • İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;
  • Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli;
  • Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;
  • Vakansiya elanlarının hazırlanması və paylaşılması;
  • Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
  • Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
  • Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;
  • İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin edilməsi;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment və ya əlaqəli sahə üzrə üstünlükdür);
  • Xəstəxana və klinika sahəsində İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi; Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı;
  • Elektron Hökümət Portalları ilə (ƏMAS),İSB işləmə bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
  • MS Office (xüsusilə MS Excel orta-yaxşı səviyyədə bilməli) işləmək bacarığı;
  • Rus dili və İngilis dili biliyi üstünlükdür
  • Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;
  • Çoxşaxəli iş mühitində işləmək bacarığı.
  • İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.
  • Yaş həddi 25-40
  • Yalnız-xanım namizədlər tələb olunur. 

İş şəraiti:

  • İş saatları:Bazar ertəsi-Cümə 09:00 – 17:00; Şənbə 10:00-14:00
  • İş günləri: Altı günlük: Bazar ertəsi-Şənbə (qısa iş günü) 
  • Nahar fasiləsi: 13:00-14:00;
  • İstirahət günü: Bazar;
  • İş yeri: Bakı şəhəri, AF Business House Miniso Azerbaijan (baş ofis)
  • Əmək haqqı: Müsahibə əsasında

Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily45
  • Weekly260
  • Monthly1118