"Çin Təbabəti klinikası“ İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;
- İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
- Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
- İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
- Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
- Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
- İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;
- Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli;
- Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;
- Vakansiya elanlarının hazırlanması və paylaşılması;
- Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
- Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
- Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;
- İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
- Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin edilməsi;
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment və ya əlaqəli sahə üzrə üstünlükdür);
- Xəstəxana və klinika sahəsində İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi; Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı;
- Elektron Hökümət Portalları ilə (ƏMAS),İSB işləmə bacarığı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- MS Office (xüsusilə MS Excel orta-yaxşı səviyyədə bilməli) işləmək bacarığı;
- Rus dili və İngilis dili biliyi üstünlükdür
- Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
- Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;
- Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;
- Çoxşaxəli iş mühitində işləmək bacarığı.
- İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.
- Yaş həddi 25-40
- Yalnız-xanım namizədlər tələb olunur.
İş şəraiti:
- İş saatları:Bazar ertəsi-Cümə 09:00 – 17:00; Şənbə 10:00-14:00
- İş günləri: Altı günlük: Bazar ertəsi-Şənbə (qısa iş günü)
- Nahar fasiləsi: 13:00-14:00;
- İstirahət günü: Bazar;
- İş yeri: Bakı şəhəri, AF Business House Miniso Azerbaijan (baş ofis)
- Əmək haqqı: Müsahibə əsasında
Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.