Çinarlı Park yaşayış kompleksinin ərazisinin təhlükəsizliyini təmin etmək məqsədilə Gözətçi (Mühafizəçi) vəzifəsinə peşəkar və məsuliyyətli namizədlər axtarır.
İş barədə məlumat:
- Mühafizə olunan əraziyə kənar şəxslərin daxil olmasının və nəqliyyat vasitələrinin giriş-çıxışının nəzarətdə saxlanılması.
- Ərazidə baş verən hər hansı təhlükəsizlik pozuntuları və ya şübhəli hallarla bağlı rəhbərliyi dərhal məlumatlandırmaq.
- Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək və fövqəladə hallarda müvafiq tədbirlər görmək.
- Növbəni təhvil-təslim edərkən bütün qeydlərin və məlumatların dəqiq ötürülməsini təmin etmək.
Iş təsviri
- İş qrafiki: Həftədə 6 gün. ( növbəli şəkildə gündüz və gecə smeni)
- İstirahət günü: Həftədə 1 dəfə (razılaşma yolu ilə).
- Əmək haqqı: 600 AZN NET
Namizədə dair tələblər:
- Məsuliyyətli, dürüst və diqqətli olmalı;
- Yaş 30-50
- Fiziki cəhətdən sağlam və gərgin iş rejimində işləməyə hazır olmaq.
- İş qrafikinə ciddi riayət etməli;
- Kollektivlə ünsiyyət qurma bacarığı;
Qeyd - Müvafiq sahədə təcrübənin olması arzuolunandır
İş yeri - Dərnəgül metrostansiyasından 10 dəqiqəlik məsafədə yerləşir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.