Çinarlı Park MTK Çinarlı Park MTK
  • 140

Çinarlı Park MTK

Tikinti

Tədarükçü üzrə mütəxəssis (Satınalma üzrə mütəxəssis)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tədarükçü üzrə mütəxəssis (Satınalma üzrə mütəxəssis)

  • Deadline 1 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Tikinti materialları, avadanlıqlar və xidmətlər üzrə bazar təhlilinin aparılması, yeni tədarükçülərin araşdırılması və qeydiyyatının həyata keçirilməsi
  • Yerli və xarici tədarükçülərdən rəqabətcil qiymət təkliflərinin alınması, müqayisəli analizinin aparılması
  • Tikinti sahələrindən daxil olan sifariş və sorğuların təhlili, uyğun tədarükçülərə yönləndirilməsi və icra statusunun gündəlik izlənməsi
  • Şirkətin daxili prosedurlarına uyğun satınalma prosesinin təşkili və icrası
  • Tədarükçülərlə qiymət, çatdırılma və keyfiyyət şərtləri üzrə danışıqların aparılması
  • Satınalma prosesinin bütün mərhələlərinin (sifariş, çatdırılma, qəbul) nəzarətdə saxlanılması
  • Aparılan satınalma əməliyyatlarının reyestrinin aparılması və mütəmadi hesabatların hazırlanması
  • Satınalma sonrası sənədləşmə işlərinin (qaimə, akt, müqavilə və s.) düzgün və tam şəkildə yekunlaşdırılması
  • Müvafiq şöbələrlə (maliyyə, mühasibatlıq, hüquq, logistika, anbar, texniki şöbə) koordinasiyalı işin qurulması
  • Müqavilələrin hazırlanması, icrasına nəzarət, sənədlərin arxivləşdirilməsi və müqavilə bazasının idarə olunması
  • Ödəniş sənədlərinin toplanılması və icra prosesinə nəzarət
  • Vendor (tədarükçü) bazasının formalaşdırılması və daim yenilənməsi

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, menecment və ya tikinti sahəsi üzrə üstünlükdür)
  • Satınalma və ya tədarük sahəsində iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür)
  • Yerli tikinti materialları bazarı haqqında bilik
  • MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı
  • Analitik düşünmə və müqayisəli təhlil bacarığı
  • Danışıqlar aparmaq və qərarvermə bacarığı
  • Məsuliyyətlilik və operativlik

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 6 gün
  • Əmək haqqı: 1000 NET
  • İş yeri: 7 mkr, Binəqədi rayonu, Abay Kunanbayev 3121-ci məhəllə, 78P

Qeyd - Şəxsi avtomobilin olması mütləqdir

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily15
  • Weekly560
  • Monthly127