Vəzifə öhdəlikləri:
- Tikinti materialları, avadanlıqlar və xidmətlər üzrə bazar təhlilinin aparılması, yeni tədarükçülərin araşdırılması və qeydiyyatının həyata keçirilməsi
- Yerli və xarici tədarükçülərdən rəqabətcil qiymət təkliflərinin alınması, müqayisəli analizinin aparılması
- Tikinti sahələrindən daxil olan sifariş və sorğuların təhlili, uyğun tədarükçülərə yönləndirilməsi və icra statusunun gündəlik izlənməsi
- Şirkətin daxili prosedurlarına uyğun satınalma prosesinin təşkili və icrası
- Tədarükçülərlə qiymət, çatdırılma və keyfiyyət şərtləri üzrə danışıqların aparılması
- Satınalma prosesinin bütün mərhələlərinin (sifariş, çatdırılma, qəbul) nəzarətdə saxlanılması
- Aparılan satınalma əməliyyatlarının reyestrinin aparılması və mütəmadi hesabatların hazırlanması
- Satınalma sonrası sənədləşmə işlərinin (qaimə, akt, müqavilə və s.) düzgün və tam şəkildə yekunlaşdırılması
- Müvafiq şöbələrlə (maliyyə, mühasibatlıq, hüquq, logistika, anbar, texniki şöbə) koordinasiyalı işin qurulması
- Müqavilələrin hazırlanması, icrasına nəzarət, sənədlərin arxivləşdirilməsi və müqavilə bazasının idarə olunması
- Ödəniş sənədlərinin toplanılması və icra prosesinə nəzarət
- Vendor (tədarükçü) bazasının formalaşdırılması və daim yenilənməsi
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, menecment və ya tikinti sahəsi üzrə üstünlükdür)
- Satınalma və ya tədarük sahəsində iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür)
- Yerli tikinti materialları bazarı haqqında bilik
- MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı
- Analitik düşünmə və müqayisəli təhlil bacarığı
- Danışıqlar aparmaq və qərarvermə bacarığı
- Məsuliyyətlilik və operativlik
İş şəraiti:
- İş qrafiki: Həftə içi 6 gün
- Əmək haqqı: 1000 NET
- İş yeri: 7 mkr, Binəqədi rayonu, Abay Kunanbayev 3121-ci məhəllə, 78P
Qeyd - Şəxsi avtomobilin olması mütləqdir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.