İş barədə məlumat:
- Vergi və mühasibat uçotunun aparılması;
- Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Şirkətdə bütün proseslərin vahid ERP sistemi üzərindən aparılmasını təmin etmək;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Nahar şirkət tərəfindən ödənilir
- 5 günlük iş qrafiki
Namizəddən tələblər:
- Ali təhsil (yalnız maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək.
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Peşəkar mühasib sertifkatı
- Yaş - 30 -dan yuxarı
- İş təcrübəsi - 5 il
Vakansiya ilə maraqlanan şəxslər: CV-lərinizi Müraciət Et butonunda yerləşən e-mail ünvana göndərə bilərsiniz. Məktubun mövzusunda hansı vəzifə müraciət etdiyinizi qeyd etməyiniz xahiş olunur.