City Park Mall komandası “Mobiloqraf” vakansiyası üzrə yeni əməkdaş axtarır!
Vəzifə öhdəlikləri:
- Mobil telefon vasitəsilə keyfiyyətli foto və video çəkilişlərinin həyata keçirilməsi
- Brend üslubuna uyğun kreativ və cəlbedici kontent hazırlanması
- Məhsulların və gündəlik fəaliyyətlərin sosial media üçün vizual materiallarının hazırlanması
- CapCut, Canva, Lightroom və digər mobil tətbiqlərlə video montaj və redaktələrin edilməsi
- Sosial media komandası ilə birlikdə kampaniyalar üçün kreativ ideyaların hazırlanması və tətbiqi
- Sosial media trendlərinin izlənilməsi və kontent strategiyasında istifadə olunması
Tələblər:
- Mobil foto və video çəkilişi sahəsində iş təcrübəsi
- Korporativ sahədə minimum 1–2 il iş təcrübəsi
- Portfolio təqdim edilməsi üstünlükdür
- CapCut, Canva, Lightroom proqramlarında işləmək bacarığı
- Kreativ düşüncə və estetik baxışın olması
- Dinamik iş mühitində operativ və məsuliyyətli çalışmaq bacarığı
- Punktuallıq və komanda ilə işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 iş günü
- İş saatları: 09:00 – 18:00
- Əmək haqqı: 700 – 800 AZN (müsahibə əsasında təyin olunacaq)
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Ağ Şəhər, Babək prospekti – City Park Mall
Uyğun namizədlərdən CV və portfolio-larını mövzu hissəsində “Mobiloqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
İş yeri: Ağ şəhər Babək prospekti Giriş 146, City Park Mall.