İş yeri hansı şəhərdədir: Bakı şəhəri, Babək prospekti Ağ şəhər giriş 146, City Park Mall
Qeyd - Qida sektorunda təcrübəsi olan namizədlər müraciət edə bilərlər.
İş haqqında məlumat:
- Şirkətin sosial media strategiyasının hazırlanması və icrası
- Sosial media platformalarında (Facebook, Instagram, LinkedIn, TikTok və s.) gündəlik paylaşımların təşkili və planlaşdırılması
- Kreativ kontent (mətn, qrafika, video) hazırlanması üçün müvafiq bölmələrlə əməkdaşlıq
- Brend imicinin sosial mediada düzgün idarə olunması və qorunması
- Rəqiblərin fəaliyyətinin analiz edilməsi və uyğun təkliflərin verilməsi
- SMM trendlərinin, platforma yeniliklərinin və alqoritmlərin araşdırılması
Məsuliyyətlər:
- Sosial media platformalarında şirkətin imicinin qorunması və düzgün təmsil olunması
- Reklam büdcəsinin səmərəli idarə edilməsi və optimallaşdırılması
- Brendin tanıtımı məqsədilə kreativ yanaşmaların tətbiqi
- Məlumatların məxfiliyinin qorunması və daxili qaydalara əməl edilməsi
- Vaxtında hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Sosial media şikayətlərinin və müraciətlərinin operativ şəkildə yönləndirilməsi
Tələblər:
- Minimum 2 il sosial media marketinq sahəsində iş təcrübəsi
- Sosial media platformalarının (Facebook, Instagram, TikTok, LinkedIn və s.) funksionallığı və alqoritmləri haqqında məlumatlılıq
- Kreativ yanaşma və müasir trendləri izləmək bacarığı
- Vaxt idarəetmə və tapşırıqların vaxtında yerinə yetirilməsi bacarığı
- Grafik proqramlarla (Canva, Photoshop və s.) işləmə bacarığı üstünlük sayılır
İş şəraiti
- İş növü (birini seçin): Tam ştat, həftədə 5 iş günü, 2 gün istirahət.
- Nahar şirkət tərəfinən təmin olunur.
- Maaş aralığı: 900-1000 Azn (Bilik və bacarıqdan aslı olaraq dəyişə bilər)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.