Vəzifə öhdəlikləri:
- Müştərilərlə əlaqələrin qurulması və davamlı münasibətlərin idarə olunması;
- Reklam yerləşdirmə proseslərinin koordinasiyası və nəzarəti;
- Satış planlarının icrası və aylıq hədəflərə çatmaq;
- Müştəri sorğularına operativ cavab vermək və fərdi həllər təklif etmək;
- Satış strategiyasının hazırlanması və tətbiqinə nəzarət;
- Satış fəaliyyətləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Bazar araşdırması aparmaq və yeni müştərilərin cəlbi üçün ideyalar irəli sürmək.
Namizədə tələblər:
- Ali təhsil (marketinq, biznes, menecment sahəsində üstünlük verilir);
- Reklam satışı sahəsində minimum 3-4 il iş təcrübəsi;
- Güclü ünsiyyət bacarıqları və danışıqları uğurla aparmaq qabiliyyəti;
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili bilikləri üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq.
Biz nə təklif edirik?
- Peşəkar iş mühiti və inkişaf imkanları;
- Sabit əmək haqqı və motivasiyaedici bonus sistemi;
- Bakı şəhərinin mərkəzində rahat ofis şəraiti.
Müraciət üçün CV-nizi mövzu hissəsində “Satış Koordinatoru” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.