Satış Menecerinin köməkçisi axtarırıq!
Reklam və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətimiz böyüyən komandası üçün enerjili, ünsiyyətcil və inkişaf yönümlü Satış Menecerinin köməkçisi axtarır.
Namizədə tələblər
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
- İngilis dili biliyi (orta və ya daha yüksək səviyyə);
- İqtisadiyyat, marketinq, menecment və ya texniki sahə üzrə təhsil arzuolunandır;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
- Photoshop proqramı ilə işləmək bacarığı üstünlük hesab olunur;
- Analitik düşüncə və məlumat bazaları, rəqəmlər, hesabatlarla işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
- Məsuliyyətli, məqsədyönlü və öyrənməyə açıq olmaq;
- 28 yaşadək bəy və xanım namizədlər (təcrübəli və ya təcrübəsiz).
Təcrübəsi olmayan namizədlər üçün şirkətdaxili təlim və inkişaf proqramları nəzərdə tutulur.
Vəzifə öhdəlikləri
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Təqdimat materiallarının hazırlanması;
- Reklam kampaniyalarının icrasına nəzarət;
- Hesabatların hazırlanması və təhlili;
- Müqavilə və digər sənədlərin hazırlanmasında iştirak.
Biz nə təklif edirik?
- 5 günlük iş qrafiki (10:00 – 18:00);
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Şəhərin mərkəzində yerləşən müasir ofis;
- Gənc, yaradıcı və peşəkar komanda;
- Beynəlxalq standartlara uyğun təlim və inkişaf imkanları;
- Real karyera yüksəlişi perspektivi;
- Rəqabətli əməkhaqqı və bonus imkanları.
Əməkhaqqı namizədin təcrübə, bilik və bacarıqlarına uyğun olaraq müsahibə mərhələsində müəyyən edilir.
Özünüzü bu vəzifədə görürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və uğurlu karyeranıza bizimlə başlayın!