Satış Menecerinin köməkçisi

  • Истекает 2 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış Menecerinin köməkçisi axtarırıq!

Reklam və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətimiz böyüyən komandası üçün enerjili, ünsiyyətcil və inkişaf yönümlü Satış Menecerinin köməkçisi axtarır.

Namizədə tələblər

  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
  •  İngilis dili biliyi (orta və ya daha yüksək səviyyə);
  •  İqtisadiyyat, marketinq, menecment və ya texniki sahə üzrə təhsil arzuolunandır;
  •  MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
  •  Photoshop proqramı ilə işləmək bacarığı üstünlük hesab olunur;
  •  Analitik düşüncə və məlumat bazaları, rəqəmlər, hesabatlarla işləmək bacarığı;
  •  Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
  •  Məsuliyyətli, məqsədyönlü və öyrənməyə açıq olmaq;
  •  28 yaşadək bəy və xanım namizədlər (təcrübəli və ya təcrübəsiz).

Təcrübəsi olmayan namizədlər üçün şirkətdaxili təlim və inkişaf proqramları nəzərdə tutulur.

Vəzifə öhdəlikləri

  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Təqdimat materiallarının hazırlanması;
  • Reklam kampaniyalarının icrasına nəzarət;
  • Hesabatların hazırlanması və təhlili;
  • Müqavilə və digər sənədlərin hazırlanmasında iştirak.

Biz nə təklif edirik?

  • 5 günlük iş qrafiki (10:00 – 18:00);
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Şəhərin mərkəzində yerləşən müasir ofis;
  • Gənc, yaradıcı və peşəkar komanda;
  • Beynəlxalq standartlara uyğun təlim və inkişaf imkanları;
  • Real karyera yüksəlişi perspektivi;
  • Rəqabətli əməkhaqqı və bonus imkanları.

 Əməkhaqqı namizədin təcrübə, bilik və bacarıqlarına uyğun olaraq müsahibə mərhələsində müəyyən edilir.

 Özünüzü bu vəzifədə görürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və uğurlu karyeranıza bizimlə başlayın!

  • Daily122
  • Weekly484
  • Monthly370