Cleverest Academy komandamıza təcrübəli və peşəkar İngilis dili müəllimi dəvət edirik!
Vəzifə öhdəlikləri
- İngilis dili üzrə dərslərin keçirilməsi;
- IELTS, TOEFL və ya Duolingo English Test imtahanlarına hazırlıq dərslərinin tədrisi;
- Tələbələrin bilik səviyyəsinə uyğun tədris proqramının hazırlanması;
- Tələbələrin inkişafının izlənilməsi və nəticələrinin qiymətləndirilməsi;
- Keyfiyyətli və nəticəyönümlü tədrisin təmin edilməsi.
Namizədə tələblər:
- İngilis dili müəllimi kimi iş təcrübəsinin olması mütləqdir
- Rus dili biliyi olan namizədlərə üstünlük veriləcək
- Müvafiq imtahanların strukturu və strategiyaları üzrə biliklər
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
- Tam iş qrafiki ilə işləməyə və iş günlərini tam şəkildə akademiyaya ayırmağa hazır olmaq.
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün 10:00-18:00
- İş formatı: İş saatlarını tam şəkildə bizim mərkəzdə keçirə bilməsi mütləqdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə 0997551744