Fəaliyyət sahəsi: İsitmə, soyutma və havalandırma (HVAC) sistemləri
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Vəzifə öhdəlikləri
- Tender elanlarının izlənməsi və şirkətin fəaliyyət profilinə uyğun tenderlərin seçilməsi
- Tender sənədlərinin (texniki və kommersiya təklifləri) hazırlanması və müəyyən olunmuş müddətdə təqdim edilməsi, tenderlə bağlı proseslərin başdan sona kimi izlənməsi.
- Tender şərtlərinin və texniki tələblərin diqqətlə təhlili
- Bank, vergi, dövlət satınalmaları və digər qurumlarla tenderə aid münasibətlərin tənzimlənməsi.
- Müqavilə şərtlərinin araşdırılması və şirkətin öhdəliklərinə uyğunluğunun təmin edilməsi
- Dövlət və korporativ satınalma platformalarında (elektron satınalma sistemləri və s.) işləmə
- Tenderlə bağlı rəsmi yazışmaların aparılması və sifarişçi qurumlarla əlaqələrin qurulması
- Təchizatçılarla əlaqə saxlanılması və qiymət təkliflərinin toplanmasının təşkil edilməsi
- Tender sənədlərinin vaxtında, tam və düzgün formada təqdim olunmasına nəzarət
- Müştərilərin/sifarişçilərin tələb etdiyi vendor pre-qualification sənədlərinin doldurulması və vaxtında təqdim edilməsi
Namizədə tələblər
- Xanım namizədlər
- Ali təhsil (texniki sahədə olması arzuolunandır)
- Tender və satınalma prosesləri üzrə minimum 1 il iş təcrübəsi (dövlət satınalma qanunvericiliyi barədə biliklər üstünlükdür)
- Azərbaycanda geniş istifadə olunan tender/vendor portallarında (e-Tender, Oracle iSupplier/Procurement Cloud, Tender.az və s.) işləmə bacarığı arzuolunandır.
- Texniki və kommersiya sənədləri ilə işləmə bacarığı
- MS Office proqramları (Word, Excel) ilə sərbəst işləmə bacarığı
- Diqqətlilik, məsuliyyət hissi və vaxt idarəetməsi bacarığı
- Komanda ilə işləmək bacarığı
İş rejimi, istirahət və əmək haqqı məlumatları
- Bazar ertəsi – Cümə / saat 08:30 – 17:30
- Şənbə saat 08:30 – 13:30
- Bazar - İstirahət günü
- Rəsmi bayram günləri - Qanunvericiliyə uyğun olaraq istirahət günüdür
- Məzuniyyət - Əmək Məcəlləsinə uyğun illik ödənişli məzuniyyət hüququ
- Əmək haqqı - Əməkdaşın bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlər CV-lərini "Tender üzrə mütəxəssis" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.