Clima Service Clima Service
  • 192

Tender üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tender üzrə mütəxəssis

  • Deadline 20 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fəaliyyət sahəsi: İsitmə, soyutma və havalandırma (HVAC) sistemləri 

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu 

Vəzifə öhdəlikləri

  • Tender elanlarının izlənməsi və şirkətin fəaliyyət profilinə uyğun tenderlərin seçilməsi
  • Tender sənədlərinin (texniki və kommersiya təklifləri) hazırlanması və müəyyən olunmuş müddətdə təqdim edilməsi, tenderlə bağlı proseslərin başdan sona kimi izlənməsi.
  • Tender şərtlərinin və texniki tələblərin diqqətlə təhlili
  • Bank, vergi, dövlət satınalmaları və digər qurumlarla tenderə aid münasibətlərin tənzimlənməsi.
  • Müqavilə şərtlərinin araşdırılması və şirkətin öhdəliklərinə uyğunluğunun təmin edilməsi
  • Dövlət və korporativ satınalma platformalarında (elektron satınalma sistemləri və s.) işləmə
  • Tenderlə bağlı rəsmi yazışmaların aparılması və sifarişçi qurumlarla əlaqələrin qurulması
  • Təchizatçılarla əlaqə saxlanılması və qiymət təkliflərinin toplanmasının təşkil edilməsi
  • Tender sənədlərinin vaxtında, tam və düzgün formada təqdim olunmasına nəzarət
  • Müştərilərin/sifarişçilərin tələb etdiyi vendor pre-qualification sənədlərinin doldurulması və vaxtında təqdim edilməsi

Namizədə tələblər

  • Xanım namizədlər
  • Ali təhsil (texniki sahədə olması arzuolunandır)
  • Tender və satınalma prosesləri üzrə minimum 1 il iş təcrübəsi (dövlət satınalma qanunvericiliyi barədə biliklər üstünlükdür)
  • Azərbaycanda geniş istifadə olunan tender/vendor portallarında (e-Tender, Oracle iSupplier/Procurement Cloud, Tender.az və s.) işləmə bacarığı arzuolunandır.
  • Texniki və kommersiya sənədləri ilə işləmə bacarığı
  • MS Office proqramları (Word, Excel) ilə sərbəst işləmə bacarığı
  • Diqqətlilik, məsuliyyət hissi və vaxt idarəetməsi bacarığı
  • Komanda ilə işləmək bacarığı

İş rejimi, istirahət və əmək haqqı məlumatları

  • Bazar ertəsi – Cümə / saat 08:30 – 17:30
  • Şənbə saat 08:30 – 13:30
  • Bazar - İstirahət günü
  • Rəsmi bayram günləri - Qanunvericiliyə uyğun olaraq istirahət günüdür
  • Məzuniyyət - Əmək Məcəlləsinə uyğun illik ödənişli məzuniyyət hüququ
  • Əmək haqqı - Əməkdaşın bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Maraqlanan namizədlər CV-lərini "Tender üzrə mütəxəssis" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily52
  • Weekly517
  • Monthly1694