İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat – 6 günlük
Əsas vəzifələr:
- Layihə rəhbərinə inzibati və texniki dəstək göstərmək
- ERP sistemində layihə ilə bağlı məlumatların düzgün və vaxtında daxil edilməsini təmin etmək
- Texniki təkliflərin hazırlanmasına yardım etmək
- Layihələrin gedişatını izləmək və hesabatların hazırlanmasına dəstək vermək
- Tapşırıqların yerinə yetirilmə müddətinə nəzarət etmək və gecikmələri izləmək
- Təchizat və podratçılarla ilkin əlaqə və yazışmaların təşkili
- Gündəlik görüşlərin təşkili və protokolların hazırlanmasında iştirak
- Layihə sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və elektron qaydada idarə olunması
- Müştəri və tərəfdaşlarla texniki yazışmalarda iştirak
- Rəhbərliyin göstərişlərinə uyğun digər əlaqəli işlərin yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil (mühəndislik, layihə idarəçiliyi və ya əlaqəli sahələr üzrə)
- İngilis dili biliyi üstünlükdür.
- MS Office proqramlarında (xüsusilə Excel və Word, Outlook) peşəkar səviyyədə işləmək bacarığı
- Təşkilatçılıq, məsuliyyətlilik və dəqiqlik
- Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq
- Texniki sahədə minimum 1 il iş təcrübəsi
- Xanım namizədlər
Təklif etdiyimiz şərtlər:
- Rəsmi əmək müqaviləsi və tam sosial təminat
- ERP mühitində işləmək və inkişaf etmək imkanı
- Müasir ofis və mehriban kollektiv
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcəkdir.
- İş saatı: 08:30 – 17:30 (bazar ertəsi – cümə, şənbə qısaldılmış iş günü)
Qeyd: Ancaq elana uyğun namizədlər CV ilə müraciət etsin.
Müraciət:CV-lərinizi mövzu hissəsində “Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.