Vəzifə öhdəlikləri
İşə götürəcəyimiz mütəxəssis Clopos sistemi üzərindən müştəri restoranlarının arxa ofis əməliyyatlarını idarə edəcək.
Əsas iş istiqamətləri:
- Mədaxil qaimələrinin (alış sənədlərinin) Clopos sisteminə daxil edilməsi və yoxlanılması
- Müştəri restoranlarında anbar sayımlarının (inventarizasiyanın) aparılması və nəticələrin sistemə işlənməsi
- Məhsul maya dəyərinin (cost) izlənməsi, itki və fərqlərin təhlili
- Texnoloji kartların (reseptlərin) sistemdə qurulması və yenilənməsi
- Anbar qalıqlarının nəzarəti, çatışmazlıq və artıqlıqların aşkarlanması
- Aylıq cost control hesabatlarının hazırlanması və müştəriyə təqdim edilməsi
- Müştəri restoranları ilə birbaşa ünsiyyət, problemlərin operativ həlli
Tələblər
- Cost control, mühasibat və ya restoran backoffice sahəsində ən azı 1 il iş təcrübəsi (üstünlükdür)
- Clopos, iiko, R-Keeper və ya bənzər restoran avtomatlaşdırma sistemləri ilə tanışlıq üstünlükdür
- Microsoft Excel-də yaxşı səviyyədə işləmə bacarığı
- Rəqəmlərlə işləməyi sevmək, dəqiqlik və məsuliyyət hissi
- Müştəri restoranlarına səfərlər üçün mobil olmaq
- Analitik düşüncə, problem həll etmə bacarığı
- Azərbaycan dilini səlis bilmək; rus və ingilis dili üstünlükdür
İş rejimi: Tam ştat, Ofis + sahə (müştəri restoranlarına səfərlər)
Biz təklif edirik
- Rəqabətli əməkhaqqı (müsahibədə müzakirə olunur)
- Rəsmi əmək müqaviləsi
- Peşəkar inkişaf üçün daxili təlimlər
- Restoran sektorunun aparıcı şirkətləri ilə işləmək imkanı
- Dinamik və gənc komanda
- Karyera yüksəlişi imkanları
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu xanasında: "Backoffice Mütəxəssisi" qeyd edin.