İşin Əsas Vəzifələri:
- Pərakəndə sektoruna yönəlmiş Kassa, anbar idarəetmə proqram təminatının satışının həyata keçirilməsi.
- Potensial müştərilərin (geyim, aksesuar, oyuncaq, elektorinika, ətir mağazaları və.s) identifikasiyası və onlarla əlaqələrin qurulması.
- Müştərilərə məhsulun üstünlüklərini və dəyərini effektiv şəkildə çatdırmaq.
- Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi (ilk əlaqədən bağlanışa qədər).
- Satış hədəflərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və onların ehtiyaclarının öyrənilməsi.
Namizəddən Gözlənilən Tələblər:
- İqtisadiyyat, biznes idarəetməsi, marketinq və ya əlaqəli sahələrdə təhsil.
- SaaS, B2B və ya proqram təminatı satışı sahəsində ən azı 1-2 il təcrübə.
- Pərakəndə satış sektoruna dair anlayış və təcrübə böyük üstünlükdür.
- Satış və danışıq bacarıqları yüksək səviyyədə.
- MS Office (xüsusilə Excel və PowerPoint) və CRM sistemləri ilə işləmə bacarığı.
- Komanda işi və müştəri münasibətləri idarəetmə bacarığı.
Şirkətin Təqdim Etdiyi İmkanlar:
- Rəqabətli əmək haqqı və bonus sistemi.
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
- Tibbi sığorta və digər sosial üstünlüklər.
İş şəraiti:
- Yerləşmə: Bakı
- Əmək haqqı: Ə/H+bonus (ümumi aylıq gəlir 2500 AZN-dən çox təşkil edə bilir)
- İş rejimi: Tam ştat / sərbəst qrafik
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.