İsti satış nümayəndəsi (Proqram təminatı)

  • Истекает 9 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin Əsas Vəzifələri:

  • Pərakəndə sektoruna yönəlmiş Kassa, anbar idarəetmə proqram təminatının satışının həyata keçirilməsi.
  • Potensial müştərilərin (geyim, aksesuar, oyuncaq, elektorinika, ətir mağazaları və.s) identifikasiyası və onlarla əlaqələrin qurulması.
  • Müştərilərə məhsulun üstünlüklərini və dəyərini effektiv şəkildə çatdırmaq.
  • Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi (ilk əlaqədən bağlanışa qədər).
  • Satış hədəflərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
  • Mövcud müştərilərlə əlaqələrin saxlanılması və onların ehtiyaclarının öyrənilməsi.

Namizəddən Gözlənilən Tələblər:

  • İqtisadiyyat, biznes idarəetməsi, marketinq və ya əlaqəli sahələrdə təhsil.
  • SaaS, B2B və ya proqram təminatı satışı sahəsində ən azı 1-2 il təcrübə.
  • Pərakəndə satış sektoruna dair anlayış və təcrübə böyük üstünlükdür.
  • Satış və danışıq bacarıqları yüksək səviyyədə.
  • MS Office (xüsusilə Excel və PowerPoint) və CRM sistemləri ilə işləmə bacarığı.
  • Komanda işi və müştəri münasibətləri idarəetmə bacarığı.

Şirkətin Təqdim Etdiyi İmkanlar:

  • Rəqabətli əmək haqqı və bonus sistemi.
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.
  • Tibbi sığorta və digər sosial üstünlüklər.

İş şəraiti:

  • Yerləşmə: Bakı
  • Əmək haqqı: Ə/H+bonus (ümumi aylıq gəlir 2500 AZN-dən çox təşkil edə bilir)
  • İş rejimi: Tam ştat / sərbəst qrafik

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily9
  • Weekly708
  • Monthly1092