Öhdəliklər
- Azərbaycan dilində səlis danışıq və qrammati cəhətdən düzgün yazmaq bacarığı mütləqdir.
- Photoshop və Foto Redaktə proqramlarından istifadə etmə bacarığı üstünlükdü.
- MS Office proqramlarında xüsusilə MS Excel yaxşı səviyyədə işləmək.
- Tapşırıqların icrasında surətli, operativ və diqqətli olmaq.
- Kreativ düşünməyi bacarmaq və menyu tərtibatına maraqlı olmaq.
- Hazır məhsul siyahısının şirkət tərəfindən təqdim olunmuş Excel şablonuna uyğun şəkildə yığılmasını bacarmaq.
- Müştərilərlə effektiv ünsiyyət qurmaq.
Tələblər
- Əsasən 25 yaşadək namizədlərə üstünlük verilir (Yeni karyera qurmaq istəyən gənc və enerjili şəxslər üçün daha uyğundur).
İş şəraiti
- İş saatı: Həftə içi hər gün 10:00 dan – 19:00 dək;
- İş qrafiki: Şənbə və Bazar günü istirahət (Ehtiyyac olduğu halda remote olaraq çalışma)
Bizim üstünlüklərimi
- Dost və dəstəkləyici komandada çalışma fürsəti;
- Menyu tərtibatı ilə yanaşı, Clopos proqram təminatını öyrənmək və aktiv şəkildə istifadə etmək
- Məhsul və menyu məlumatlarının sistem üzərindən idarə olunmasında iştirak etmək
- Peşəkar inkişaf və təlim imkanları;
- Yaradıcı və innovativ layihələrdə iştirak etmək imkanı;
- İş və şəxsi həyat balansını qorumağa diqqət;
- Motivasiyaedici bonus sistemi və sabit əməkhaqqı;
- Gənc və dinamik komandada karyera qurmaq şansı;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.