Clover Academy Clover Academy
  • 141

Mühasibatlıq üzrə təlimçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasibatlıq üzrə təlimçi

  • Deadline 26 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Clover Academy MMC — biliklərini paylaşaraq yeni nəsil mütəxəssislərin inkişafına töhfə vermək istəyən təlimçiləri komandamıza dəvət edir.  

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
  • Tədris materiallarının hazırlanması və yenilənməsi;
  • Mühasibat uçotu, vergi, əməkhaqqı hesablamaları və əlaqəli mövzular üzrə nəzəri və praktiki biliklərin öyrədilməsi;
  • Praktiki tapşırıqlar, nümunələr və situasiya əsaslı çalışmaların hazırlanması;
  • Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi;
  • Təlim iştirakçılarının suallarının cavablandırılması və tədris prosesində onlara dəstək göstərilməsi;
  • Mühasibatlıq və vergi sahəsində qanunvericilik dəyişikliklərinin izlənilməsi və tədris materiallarında nəzərə alınması.

Namizədə tələblər:

  • Mühasibatlıq sahəsində ali və ya müvafiq peşə təhsili;
  • Mühasibatlıq üzrə praktiki iş təcrübəsi;
  • Mühasibat uçotu, vergi və əməkhaqqı hesablamaları üzrə yaxşı bilik;
  • Təlim keçmək və mürəkkəb mövzuları aydın və anlaşıqlı şəkildə izah etmək bacarığı;
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • Məsuliyyətli və sistemli iş prinsipi;
  • Komandada işləmək bacarığı;
  • 1C, MS Excel və digər mühasibatlıq proqramları üzrə biliklər üstünlükdür;
  • Təlimçi kimi əvvəlki iş təcrübəsinin olması üstünlükdür.

İş qrafki: Razılaşma əsasında

Əməkhaqqı: Faiz sistemi əsasında müəyyən edilir.

Əlaqə nömrəsi: 051 932 75 25

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlərMüraciət zamanı e-mailin mövzu hissəsində “Mühasibatlıq üzrə təlimçi” qeyd olunması xahiş olunur.

  • Daily75
  • Weekly611
  • Monthly2364