Clover Academy MMC — biliklərini paylaşaraq yeni nəsil mütəxəssislərin inkişafına töhfə vermək istəyən təlimçiləri komandamıza dəvət edir.
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
- Tədris materiallarının hazırlanması və yenilənməsi;
- Mühasibat uçotu, vergi, əməkhaqqı hesablamaları və əlaqəli mövzular üzrə nəzəri və praktiki biliklərin öyrədilməsi;
- Praktiki tapşırıqlar, nümunələr və situasiya əsaslı çalışmaların hazırlanması;
- Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi;
- Təlim iştirakçılarının suallarının cavablandırılması və tədris prosesində onlara dəstək göstərilməsi;
- Mühasibatlıq və vergi sahəsində qanunvericilik dəyişikliklərinin izlənilməsi və tədris materiallarında nəzərə alınması.
Namizədə tələblər:
- Mühasibatlıq sahəsində ali və ya müvafiq peşə təhsili;
- Mühasibatlıq üzrə praktiki iş təcrübəsi;
- Mühasibat uçotu, vergi və əməkhaqqı hesablamaları üzrə yaxşı bilik;
- Təlim keçmək və mürəkkəb mövzuları aydın və anlaşıqlı şəkildə izah etmək bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Məsuliyyətli və sistemli iş prinsipi;
- Komandada işləmək bacarığı;
- 1C, MS Excel və digər mühasibatlıq proqramları üzrə biliklər üstünlükdür;
- Təlimçi kimi əvvəlki iş təcrübəsinin olması üstünlükdür.
İş qrafki: Razılaşma əsasında
Əməkhaqqı: Faiz sistemi əsasında müəyyən edilir.
Əlaqə nömrəsi: 051 932 75 25
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı e-mailin mövzu hissəsində “Mühasibatlıq üzrə təlimçi” qeyd olunması xahiş olunur.