Vəzifə öhdəlikləri:
- Elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək
- Mövcud elektrik sistemlərinə texniki baxış keçirmək, nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırmaq
- Yeni elektrik xətlərinin çəkilişi və montaj işlərini yerinə yetirmək
- Enerji sərfiyyatına nəzarət və səmərəliliyin artırılması üçün təkliflər vermək
- İstehsalat və ya obyekt daxilində təcili vəziyyətlərdə operativ müdaxilə etmək
- Enerji sərfiyyatına nəzarət etmək, qənaətcil istifadə yolları üzrə rəhbərliyə təkliflər vermək
- Fövqəladə hallarda təcili müdaxilə və hadisələrin sənədləşdirilməsi
- Elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək
- İstismar aktlarının tərtibi və hesabatların hazırlanması
Tələblər:
- Müvafiq texniki təhsil (orta ixtisas və ya ali texniki təhsil)
- İstismar üzrə minimum 2 il iş təcrübəsi
- Elektrik sxemləri ilə işləmə bacarığı
- Qrup üzrə elektrik təhlükəsizliyi sertifikatı (tercih olunur)
- Məsuliyyətli, diqqətli və çevik işləmə bacarığı
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: Növbəli qrafik
- İş yeri: Bakı şəhəri, Lökbatan qəsəbəsi
- Əmək haqqı: 700-800 AZN Net
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “İstismarçı Elektrik” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.