Vəzifə Öhdəlikləri:
- Risklərin Qiymətləndirilməsi: Liman ərazisindəki bütün iş prosesləri (yükləmə-boşaltma, kran əməliyyatları və s.) üzrə riskləri müəyyən etmək və effektiv nəzarət tədbirləri hazırlamaq.
- Təhlükəsizlik Təlimləri: İşçi heyəti və subpodratçılar üçün müntəzəm olaraq SƏTƏM qaydaları, ilkin yardım və fövqəladə hallar üzrə təlimlər təşkil etmək və keçirmək.
- Sahə Monitorinqi: Liman ərazisində gündəlik təhlükəsizlik baxışları keçirmək, qayda pozuntularını aşkar etmək və onların dərhal aradan qaldırılmasını təmin etmək.
- Ətraf Mühitin Mühafizəsi: Tullantıların idarə olunması, dəniz suyunun çirklənməsinin qarşısının alınması üzrə ekoloji standartlara nəzarət etmək.
- Sənədləşmə və Dəstək: Müəssisə daxili SƏTƏM prosedur və təlimatlarının hazırlanmasında aktiv iştirak etmək; iş icraçılarına və rəhbər işçilərə təhlükəsizlik məsələlərində metodiki köməklik göstərmək.
Namizədə dair Tələblər:
- Təhsil: Ali təhsil (Texniki və ya Mühəndislik arzuolunandır).
- Təcrübə: Gəmicilik və ya liman/terminal sahəsində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi.
- Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq SƏTƏM qanunvericiliyi (normativ-hüquqi aktlar) üzrə biliklər.
- Sertifikatlar: Müvafiq beynəlxalq (NEBOSH, IOSH) və yerli SƏTƏM sertifikatları. (arzuolunandır)
- Yazılı Ünsiyyət: SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı.
- Təşəbbüskarlıq və İnnovasiya: SƏTƏM sisteminin təkmilləşdirilməsi üçün yeni ideyalar irəli sürmək, iş proseslərini daha təhlükəsiz və səmərəli edəcək müasir həllər təklif etmək qabiliyyəti.
İş Şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Məkan: Liman ərazisi (Şıxov)
- İş vaxtı: 6 günlük, istirahət günü: bazar günü.
- Əmək haqqı: 1800 AZN Net
- Nahar şirkət tərəfindən qarşılanır
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.