İş şəraiti:
- Ünvan: Abşeron rayonu a.ağı güzdək qəsəbəsi.
- Sahə: İstehsalat
- Əmək haqqı: 1200 AZN (net)
Vəzifə öhdəlikləri (Əmək funksiyası):
- İstehsalat sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etmək;
- Əməyin təhlükəsizliyi üzrə daxili qaydalar, təlimatlar və prosedurların hazırlanması və tətbiqi;
- İşçilərə ilkin və dövri SƏTƏM təlimlərinin keçirilməsi;
- Risklərin qiymətləndirilməsi və təhlükəli faktorların müəyyən edilməsi;
- Qəza, insident və bədbəxt hadisələrin araşdırılması, hesabatların hazırlanması;
- Dövlət orqanları (Əmək Müfəttişliyi, FHN və s.) ilə əlaqələrin qurulması;
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət;
- İstehsalatda təhlükəsizlik mədəniyyətinin formalaşdırılması.
Namizədə tələblər:
- Ali təhsil (əməyin mühafizəsi, mühəndislik və ya uyğun sahə üzrə);
- SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi (istehsalat üstünlükdür);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və təhlükəsizlik normativlərini bilmək;
- MS Office proqramlarında sərbəst işləmək;
- Məsuliyyətli, analitik düşüncəli və təşəbbüskar olmaq.
Şirkət təklif edir:
- Rəsmi əmək müqaviləsi;
- Nahar və servis xidməti;
- Stabil və vaxtında maaş;
- Peşəkar inkişaf imkanı;
- Sağlam və təhlükəsiz iş mühiti.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Mob: +994 10 250 54 07 (Orxan Cavadzadə İnsan Resursları üzrə Menecer)