Baş Data Analitik / Data Analitika üzrə Təlimçi

Baş Data Analitik / Data Analitika üzrə Təlimçi

  • Deadline 12 Mart 2026

Data ilə düşünən, öyrətməyi sevən və real biznes problemlərinə analitik həllər gətirə bilən Baş Data Analitik / Data Analitika üzrə Təlimçi axtarırıq. Bu rol həm tədris, həm də daxili analitika istiqamətlərini əhatə edir və data biliklərini real mühitdə tətbiq etməyi sevən peşəkarlar üçün nəzərdə tutulub.

Tədris öhdəlikləri:

  • Code Academy-nin təqdim etdiyi Data Analitika proqramı üzrə dərslərin tədrisi;
  • Dərs materiallarının hazırlanması, yenilənməsi və proqram rəhbəri ilə koordinasiya;
  • Tələbələrə mentorluq və konsultasiya dəstəyi göstərmək;
  • Tədris fəaliyyəti əsnasında Tələbə heyətinə tapşırıq, sorğular, yoxlama işi və imtahanların təşkil olunması və qərarlaşdırılan son tarixədək qiymətləndirilməsi.

Daxili analitika öhdəlikləri:

  • Data flow-ların avtomatlaşdırılması;
  • Məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi;
  • Data governance prinsiplərinin tətbiqi;
  • Data infrastrukturu strategiyasının formalaşdırılması və icrası;
  • Mütəmadi və ad-hoc hesabatların hazırlanması;
  • Aylıq performans icmallarının hazırlanması;
  • İclaslar üçün analitika və hesabat dəstəyi;
  • Dashboard və BI həllərinin qurulması.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Data Analitika sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Microsoft Excel, Google Sheets və Google Docs alətləri üzrə yüksək səviyyədə praktiki bilik və iş təcrübəsi;
  • Tableau və/və ya Power BI platformalarında dashboard və analitik hesabatların hazırlanması üzrə təcrübə;
  • SQL (MySQL, PostgreSQL, MSSQL və s.) üzrə güclü bilik və praktiki istifadə bacarığı;
  • R və/və ya Python proqramlaşdırma dilləri ilə işləmə bacarığı üstünlükdür;
  • Data cleansing, data modeling və ETL prosesləri üzrə konseptual anlayış və praktiki təcrübə;
  • Analitik hesabatların hazırlanması və interpretasiyası üzrə təcrübə;
  • Yüksək səviyyədə təqdimat, izah etmə və məlumatları strukturlaşdırılmış şəkildə çatdırma bacarığı;
  • Auditoriya ilə effektiv ünsiyyət qurmaq və interaktiv tədris mühitini formalaşdırmaq bacarığı;
  • Komanda daxilində əməkdaşlıq və stressə davamlılıq;
  • Yüksək emosional intellekt, tələbələrlə və maraqlı tərəflərlə peşəkar və etik ünsiyyət bacarığı.

Qeyd: Bu vəzifə tam ştat (full-time) iş rejimini nəzərdə tutur.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily15
  • Weekly520
  • Monthly1207