Data ilə düşünən, öyrətməyi sevən və real biznes problemlərinə analitik həllər gətirə bilən Baş Data Analitik / Data Analitika üzrə Təlimçi axtarırıq. Bu rol həm tədris, həm də daxili analitika istiqamətlərini əhatə edir və data biliklərini real mühitdə tətbiq etməyi sevən peşəkarlar üçün nəzərdə tutulub.
Tədris öhdəlikləri:
- Code Academy-nin təqdim etdiyi Data Analitika proqramı üzrə dərslərin tədrisi;
- Dərs materiallarının hazırlanması, yenilənməsi və proqram rəhbəri ilə koordinasiya;
- Tələbələrə mentorluq və konsultasiya dəstəyi göstərmək;
- Tədris fəaliyyəti əsnasında Tələbə heyətinə tapşırıq, sorğular, yoxlama işi və imtahanların təşkil olunması və qərarlaşdırılan son tarixədək qiymətləndirilməsi.
Daxili analitika öhdəlikləri:
- Data flow-ların avtomatlaşdırılması;
- Məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi;
- Data governance prinsiplərinin tətbiqi;
- Data infrastrukturu strategiyasının formalaşdırılması və icrası;
- Mütəmadi və ad-hoc hesabatların hazırlanması;
- Aylıq performans icmallarının hazırlanması;
- İclaslar üçün analitika və hesabat dəstəyi;
- Dashboard və BI həllərinin qurulması.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Data Analitika sahəsində ən azı 1 il iş təcrübəsi;
- Microsoft Excel, Google Sheets və Google Docs alətləri üzrə yüksək səviyyədə praktiki bilik və iş təcrübəsi;
- Tableau və/və ya Power BI platformalarında dashboard və analitik hesabatların hazırlanması üzrə təcrübə;
- SQL (MySQL, PostgreSQL, MSSQL və s.) üzrə güclü bilik və praktiki istifadə bacarığı;
- R və/və ya Python proqramlaşdırma dilləri ilə işləmə bacarığı üstünlükdür;
- Data cleansing, data modeling və ETL prosesləri üzrə konseptual anlayış və praktiki təcrübə;
- Analitik hesabatların hazırlanması və interpretasiyası üzrə təcrübə;
- Yüksək səviyyədə təqdimat, izah etmə və məlumatları strukturlaşdırılmış şəkildə çatdırma bacarığı;
- Auditoriya ilə effektiv ünsiyyət qurmaq və interaktiv tədris mühitini formalaşdırmaq bacarığı;
- Komanda daxilində əməkdaşlıq və stressə davamlılıq;
- Yüksək emosional intellekt, tələbələrlə və maraqlı tərəflərlə peşəkar və etik ünsiyyət bacarığı.
Qeyd: Bu vəzifə tam ştat (full-time) iş rejimini nəzərdə tutur.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.