Code Academy-nin Karyera Mərkəzində Təcrübəçi

Code Academy-nin Karyera Mərkəzində Təcrübəçi

  • Deadline 5 Dekabr 2025

Təsvir

  • Code Academy həm dövlət, həm də özəl sektorlar üçün yüksək səviyyəli insan resursları yaratmaq missiyası ilə İT-əsaslı təhsil bazarında oyun dəyişdiricidir. Biz yüksək keyfiyyətli texnoloji/İT təhsili təqdim edirik və davamlı inkişaf, innovasiya və inklüzivliyə sadiqik. Hazırda müxtəlif bölgələrdə 1400-dən çox tələbəni gücləndirməyə həsr olunmuş 130-dan çox peşəkardan ibarət komandamız var. Biz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuşuq və müxtəlif universitetlərdə təhsil veririk.
  • Code Academy Karyera Mərkəzinə təcrübəçi axtarışındadır. İnsanlarla işləməyi, təşkilatçılığı və inkişaf proseslərini sevirsənsə, bu təcrübə sənin üçün real bir karyera başlanğıcı ola bilər. Code Academy Karyera Mərkəzində təcrübəçi kimi sən həm öyrənəcək, həm də bizim məzun və mentor icmasının bir parçasına çevriləcəksən.

Sən nə öyrənəcəksən:

  • HR və Karyera istiqamətində real iş prosesləri ilə tanış olacaqsan;
  • Məzun əlaqələrinin necə idarə olunduğunu, kommunikasiya axınlarının necə qurulduğunu öyrənəcəksən;
  • Vakansiyaların paylaşımı, CV-lərin analizi və karyera konsultasiya görüşlərinin necə təşkil olunduğunu praktik şəkildə təcrübədən keçirəcəksən;
  • Tədbir təşkilatçılığı, məlumat bazalarının idarəsi, peşəkar yazışma etikası kimi bacarıqlarını inkişaf etdirəcəksən;
  • Peşəkar mühitdə, dəstəkləyici komandada özünü sınamaq və yeni əlaqələr qurmaq imkanı qazanacaqsan.

Karyera Mərkəzimizdə təcrübə keçərkən aşağıdakı proseslərdə iştirak edəcəksən:

  • Tələbə Mentor Təcrübə Proqramının koordinasiyasında dəstək;
  • Məzun bazasının idarə olunması, məlumatların yenilənməsi, məzunların karyera inkişafının izlənməsi və əlaqələrin aktiv saxlanmasına dəstək göstərmək;
  • Code Academy-nin əməkdaşlıq etdiyi şirkətlərlə məzunlar arasında əlaqələrin yaradılması və məzunların vakansiyalara yönləndirilməsi prosesində iştirak;
  • İnsan Resursları şöbəsinin digər təşkilati və inzibati işlərində iştirak etmək.

Tələblər

  • Ali təhsil;
  • Güclü təşkilati və analitik düşünmə bacarığı;
  • İnsanlarla ünsiyyət qurmaq və dinləmə bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmaq;
  • Komanda ilə işləmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları (Azərbaycan dili əla səviyyədə, İngilis dili arzuolunandır);
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Rəqəmsal platformalardan və peşəkar şəbəkələşmə vasitələrindən (xüsusilə LinkedIn) səmərəli istifadə bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily99
  • Weekly456
  • Monthly477