Müştəri Əlaqələri üzrə mütəxəssis

  • Deadline 22 Fevral 2025

Təsvir

Müştərilərlə Əlaqələr üzrə Mütəxəssis Code Academy-nin müştəriyönümlü fəaliyyətini dəstəkləməklə və təşkilatın təqdim etdiyi xidmətlərin keyfiyyətli şəkildə çatdırılmasını təmin edir. Bu vəzifənin əsas məqsədi müştəri məmnuniyyətini artırmaq, potensial tələbələrlə səmərəli kommunikasiya qurmaq və müraciət proseslərinin dəqiq və operativ idarə olunmasını təmin etməkdir.

Bu vəzifə üzrə əsas öhdəliklər bunlardır:

  • Müştərilərin ehtiyaclarını başa düşmək və onların suallarını vaxtında cavablandırmaq;
  • Şirkətin rəsmi sosial media kanalları və veb sayt üzərindən daxil olan müraciətlərin effektiv idarə olunmasını təmin etmək;
  • Potensial tələbələrlə ilk təmas nöqtəsi olmaqla, onları akademiyanın təklif etdiyi proqramlarla tanış etmək və uyğun təkliflər irəli sürmək;
  • Müştəri müraciətlərindən əldə olunan məlumatları analiz edərək rəhbərliyə dəqiq və vaxtında hesabat təqdim etmək;
  • Şirkətin korporativ dəyərlərinə uyğun olaraq, hər bir müraciətə peşəkar və empatiya ilə yanaşmaq.

Təhsil və Təcrübə:

  • Ali təhsil (üstünlük: sosial elmlər, psixologiya və filologiya üzrə təhsil);
  • Müştərilərlə iş sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Sosial media kanalları ilə işləmək və ya Çağrı Mərkəzində təcrübə.

Texniki Biliklər və Bacarıqlar:

  • Sosial media platformalarını effektiv istifadə etmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq, rus və ingilis dillərində danışıq üstünlükdür;
  • Ofis proqramlarından istifadə edərək hesabatlar və təqdimatlar hazırlamaq.

Səriştə və Keyfiyyətlər:

  • Yüksək yazılı və şifahi kommunikasiya bacarığı;
  • Aktiv dinləmə və empatiya;
  • Təhlil və hesabat hazırlamaq qabiliyyəti;
  • Konfliktli vəziyyətlərdə həlledici yanaşma;
  • Operativlik, dəqiqlik və komanda ilə əməkdaşlıq bacarığı.

Vakansiya haqqında

  • Son tarix fevral 25, 2025
  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1 ilədək
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr
  • Daily0
  • Weekly261
  • Monthly1529