Ön Ofis Koordinatoru

  • Deadline 21 November 2025

Ön ofis koordinatoru rolunda siz qonaqlarımızı ilk qarşılayan, şirkətimizin dəyərlərini təmsil edən və ofis fəaliyyətlərinin mərkəzində yer alan biri olacaqsınız. Sizin əsas vəzifəniz qonaqlarımıza müsbət təəssürat bəxş etmək, telefon zənglərini və yazışmaları peşəkar şəkildə idarə etmək, həmçinin tələbə və əməkdaşların ehtiyaclarını vaxtında və düzgün istiqamətləndirməkdir. Bu vəzifə üzrə əsas öhdəliklər bunlardır:

Təsvir

  • Akademiyaya gələn qonaqları qarşılayıb, aidiyyati üzrə yönləndirmək;
  • Namizədləri proqram məsləhətçilərinə yönləndirilmək;
  • Telefon zənglərini cavablandırmaq və müvafiq görüşlərin təşkilində dəstək olmaq;
  • Proqram məsləhətçilərinin gündəlik görüşlərini yoxlamaq və dəqiqləşdirmək;
  • Marketing materiallarının istifadəsini koordinasiya etmək, materialların inventarına nəzarət etmək;
  • Məktub və sənədləri poçt vasitəsilə göndərmək və qəbul etmək, aidiyyatı üzrə təhvil vermək;
  • Akademiya daxilində tələbə və əməkdaşları istiqamətləndirmək;
  • Akademiyanı müxtəlif tədbirlərdə təmsil edən komandanın tərkib hissəsi kimi fəaliyyət göstərmək.

Təcrübə:

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.

Texniki Biliklər:

  • Microsoft Office proqramları üzrə biliklər;
  • Azərbaycan dilində səlis ünsiyyət, rus və ingilis dillərində ünsiyyət bacarığı.

Bacarıq və Səriştələr:

  • Güclü yazılı və şifahi ünsiyyət, aktiv dinləmə bacarığı;
  • Müştəri yönümlülük və şəxslərarası münasibətlərin effektiv idarə olunması.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly104
  • Monthly125