Təsvir:
Ön ofis koordinatoru rolunda siz qonaqlarımızı ilk qarşılayan, şirkətimizin dəyərlərini təmsil edən və ofis fəaliyyətlərinin mərkəzində yer alan biri olacaqsınız. Sizin əsas vəzifəniz qonaqlarımıza müsbət təəssürat bəxş etmək, telefon zənglərini və yazışmaları peşəkar şəkildə idarə etmək, həmçinin tələbə və əməkdaşların ehtiyaclarını vaxtında və düzgün istiqamətləndirməkdir. Bu vəzifə üzrə əsas öhdəliklər bunlardır:
- Akademiyaya gələn qonaqları qarşılayıb, aidiyyəti üzrə yönləndirmək;
- Namizədlərin proqram məsləhətçilərinə yönləndirilməsi.
- Telefon zənglərini cavablandırmaq və müvafiq görüşlərin təşkilinə dəstək olmaq;
- Proqram məsləhətçilərinin gündəlik görüşlərini yoxlamaq və dəqiqləşdirmək.
- Marketing materiallarının istifadəsinin koordinasiyası, materialların inventarına nəzarət və ehtiyaca görə müvafiq koordinasiya
- Məktub və sənədlərin poçt vasitəsilə göndərilməsi və ya qəbul edilməsi;
- Aidiyyatı üzrə sənədlərin təhvil verilməsi.
- Akademiya daxilində tələbə və əməkdaşların istiqamətləndirilməsi;
- İtmiş əşyaların nəzarəti və təhvil verilməsi;
- Akademiya tədbirlərində və sərgilərdə stendlərin idarə edilməsi.
Təcrübə:
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.
Texniki Biliklər:
- Microsoft Office proqramları üzrə biliklər;
- Azərbaycan dilində səlis ünsiyyət; Rus, Türk və İngilis dillərində ünsiyyət bacarığı.
Bacarıq və Səriştələr:
- Güclü yazılı və şifahi ünsiyyət, aktiv dinləmə bacarığı;
- Müştəri yönümlülük və şəxslərarası münasibətlərin effektiv idarə olunması.
Vakansiya haqqında:
- Son tarix fevral 25, 2025
- Vakansiya növü Tam ştat