Code Academy olaraq dinamik və yenilikçi komandamıza Senior Graphic Designer axtarırıq. Əgər sən kreativ yanaşmaya, vizual estetikaya və təhsil sahəsində fərq yaratmağa inanırsansa, bu fürsət sənin üçündür!
Vəzifə Öhdəlikləri:
- Code Academy-nin bütün vizual kommunikasiya materiallarının hazırlanması (posterlər, sosial media paylaşımları, bannerlər, təqdimatlar və s.)
- Mövcud brend üslubuna uyğun olaraq dizaynların hazırlanması və yeni vizual istiqamətlərin təklif edilməsi
- Təhsil məhsulları, tədbirlər və kampaniyalar üçün konseptual vizual həllərin hazırlanması
- Motion və ya video kontent komandası ilə əməkdaşlıq edərək inteqrasiya olunmuş dizaynların yaradılması
- Çap üçün hazırlanan faylların keyfiyyətli və düzgün təqdim edilməsi
- Komanda ilə sıx əməkdaşlıq edərək, dizayn proseslərinin vaxtında və effektiv şəkildə həyata keçirməsi
Tələblər
- Qrafik dizayn sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi
- Adobe Creative Suite proqramlarında (xüsusilə Illustrator, Photoshop, InDesign) yüksək səviyyədə işləmə bacarığı
- Sosial media məzmunu, kampaniya dizaynları və brendinq üzrə təcrübə
- Kreativ və detala önəm verən yanaşma
- Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmə bacarığı
Əlavə üstünlükdür:
- Code Academy məzunu olmaq
- Motion design və/və ya UI/UX bilikləri
- İngilis dili biliyi
- Təhsil və ya texnologiya sahəsində əvvəlki iş təcrübəsi
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.