SOC Analitiki (L1)

  • Deadline 16 October 2025

Təsvir

  • Əgər sən də beynəlxalq layihələrdə yer almaq, innovativ komandada işləmək və peşəkar səviyyəni daha da artırmaq istəyirsənsə bu fürsət sənin üçündür!

Səni nələr gözləyir?

  • Ən son texnologiyalarla real təcrübə;
  • Daim inkişaf üçün şərait;
  • Texnologiyanı sevən komanda.

Vəzifə öhdəlikləri

  • SIEM/SOAR platformalarından gələn bildirişləri izləmək və loqları analiz etmək;
  • Təhlükəsizlik insidentlərini təsnifləşdirmək, ilkin araşdırma aparmaq və L2 analitiklərinə yönləndirmək;
  • Fişinq, zərərli proqram, giriş cəhdləri və digər hücumlarla bağlı insidentləri idarə etmək;
  • Təhdidlər üzrə hesabat hazırlamaq və SOC rəhbərliyinə təqdim etmək;
  • SOC komandası ilə əməkdaşlıq etmək və yeni prosedurlar üzrə təkliflər vermək.

Tələblər

  • Kibertəhlükəsizlik/SOC sahəsində ən az 1 il təcrübə;
  • SIEM alətləri (Splunk, ELK, QRadar və s.) üzrə baza biliklər;
  • Firewall, IDS/IPS, EDR/XDR texnologiyaları barədə anlayış;
  • Windows/Linux sistemlərində loqların analizi təcrübəsi;
  • MITRE ATT&CK, NIST və digər çərçivələrlə tanışlıq;
  • Azərbaycan və İngilis dilləri (məcburi), Rus dili (arzuolunan).

Üstünlüklər

  • Python, PowerShell və ya Bash ilə skript yazma bacarığı;
  • Fişinq və sosial mühəndislik hücumlarının təhlili üzrə biliklər;
  • Sertifikatlar: CompTIA Security+, CSA, Splunk Analyst, SC-200 və s.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.

  • Daily109
  • Weekly217
  • Monthly580