EC-Council Certified Ethical Hacker (CEH) üzrə təlimçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

EC-Council Certified Ethical Hacker (CEH) üzrə təlimçi

  • Deadline 3 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

Şirkətimiz üçün EC-Council Certified Ethical Hacker (CEH) təlimçisi axtarışındayıq. Namizəd sertfikatlı etik haker olmaq istəyən tələbələrə bu sahənin sirlərini öyrədəcək. Kurs materiallarının hazırlanması, sinif şəraitində və virtual qaydada təlimlərin keçirilməsi, kibertəhlükəsizlik sahəsində öz üzərində işləmək və son yeniliklərdən xəbərdar olmaq namizədin öhdəliklərinə daxildir.

Əsas məsuliyyətlər:

  • ⁠Universitet tələbələri, İT mütəxəsislər və korporativ müştərilərimizə EC-Council CEH təlimlərinin verilməsi
  • ⁠Təqdimatlar, laboratoriyalar və qiymətləndərmələrin hazırlanması və yenilənməsi
  • ⁠Təlim sessiyaları zamanı və ehtiyac yarandıqda sessiyalardan kənar tələbələrə mentorluq və dəstək göstərilməsi
  • ⁠Tələbələrin inkişaf səviyyəsini və təlimin effektivliyini qiymətləndirmək üçün kursdan əvvəl və sonra qiymətləndirmələrin keçirilməsi
  • ⁠Təlimlərin aktuallığını qorumaq məqsədilə bu sahədə tendensiyalardan, təhlükəsizlik alətlərindən və metodologiyalardan daim xəbərdar olmaq
  • ⁠Tələbə rəyləri və bu sahədə baş verən dəyişikliklər əsasında kurs məzmununun yenilənməsi üçün uyğun komanda ilə daim təmasda olmaq
  • ⁠Maraqlı və məhsuldar öyrənmə təcrübəsini təmin etmək üçün sinif və ya virtual təlim mühitlərinin idarə olunması
  • ⁠Təlimlərin EC-Council standartlarına və qaydalarına uyğunluğuna riayət etmək
  • ⁠Vebinarlar, bloqlar və sosial media vasitəsilə CEH kurslarını təbliğ etməklə marketinq fəaliyyətimizə dəstək olmaq

İxtisaslaşma:

  • ⁠Aktiv CEH sertifikatının olması məcburidir..
  • ⁠Kibertəhlükəsizlik, etik hakerlik, nüfuz testi və ya əlaqəli sahədə ən azı 3 il təcrübə.
  • ⁠Sinif və virtual şəraitdə İT təhlükəsizliyi üzrə təlim təcrübəsi olanlar üstünlüyə malikdir.
  • ⁠Mürəkkəb terminləri aydın və başa düşülən şəkildə izah etmək üçün yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Namizədin CEH sertifikatından başqa CISSP, CISM, CompTIA Security+ və s. kimi digər kibertəhlükəsizlik sertifikatlarına malik olması arzuolunandır.
  • ⁠Mövcud təhlükəsizlik alətləri, texnikaları, etik hakerlik və pentestdə ən yaxşı təcrübələr haqqında güclü bilik.
  • ⁠Tələbələrə sertifikat və karyera məqsədlərinə çatmaqda kömək etmək və onları öyrətmək üçün çox həvəsli olmaq.
  • ⁠CEI sertifikatına malik olan namizədlər əlavə üstünlüyə malikdirlər.

Əmək haqqı razılaşma yolu ilə.

Müraciət üçün CV-nizi e-mail ünvanına “EC-Council Certified Ethical Hacker (CEH) Instructor” başlığında göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly543
  • Monthly2387