CODEV Təlim Mərkəzi komandasına yeni üzv axtarır. Əgər ünsiyyətcil, məsuliyyətli və satışa maraqlısınızsa, sizi komandamıza dəvət edirik.
İş şəraiti
- İş yeri: Bakı, Cəfər Cabbarlı 44
- İş vaxtı: 11:30 – 19:30
- Əmək haqqı: 400 AZN
Əsas vəzifələr:
- Kurslarla bağlı daxil olan müraciətlərin (zəng, WhatsApp, sosial media) cavablandırılması
- Potensial tələbələrlə aktiv əlaqə saxlanılması və satışın yekunlaşdırılması
- Maraqlanan müştərilərlə təkrar əlaqə (follow-up) və müraciət bazasının izlənilməsi
- Tələbə qeydiyyatının aparılması
- Ödənişlərin və dərs qrafiklərinin izlənilməsi
- Kiçik gündəlik ofis işlərinə dəstək
Namizədə tələblər:
- Yüksək ünsiyyət və satış bacarıqları
- Məsuliyyətli və nəticəyönümlü olmaq
- Təşkilatçılıq və çoxişlilik bacarığı
- Satış sahəsində təcrübə üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Email-in mövzu hissəsində “Office Manager / Sales Coordinator” qeyd edin.