Store Manager

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Store Manager

  • Deadline 9 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Coffee Moffie hal-hazırda Store Manager vəzifəsinə və gələcəkdə bu vəzifəyə yüksəlmək istəyən namizədlərə açıq elan verir.

Axtardığımız profil: Məsuliyyətli, təşkilatçı, emosional zəkası yüksək və insanları sevən, isti və canlı məkan yaratmaqdan zövq alan şəxslər.

Bu vakansiya həm idarəetmə təcrübəsi olan, həm də təcrübəsi olmayan, lakin öyrənməyə və inkişaf etməyə həvəsli namizədlər üçün açıqdır.

Təcrübəsi olmayan seçilmiş namizədlərə kafenin içindən sistemi öyrənmək və təxminən 6-12 ay ərzində idarəetmə vəzifəsinə yüksəlmək imkanı veriləcək.

Əsas vəzifələr:

  • Kafenin gündəlik əməliyyatlarının idarə edilməsi və dəstəklənməsi
  • Bar komandasının koordinasiyası
  • Xidmət keyfiyyətinin və qonaq təcrübəsinin saxlanılması
  • Cədvəllərin tərtibi və daxili kommunikasiya
  • Komandanın inkişafı və team building
  • Stok idarəetməsi və təchizatçılarla əlaqələr
  • Coffee Moffie icma fəaliyyətlərinin təşkili (oxu klubları, şahmat, qaçış qrupları, startap görüşləri, sərgilər, musiqi və film axşamları və s.)

Tələblər:

  • Güclü kommunikasiya bacarıqları
  • Məsuliyyətli və həll yönümlü düşüncə tərzi
  • İnsanlarla işləməyi və sosial-yaradıcı mühitdə olmağı sevən
  • Azərbaycan dili (vacibdir)
  • Maraqlı, təşəbbüskar və öyrənməyə açıq olmaq

Biz nə təklif edirik:

  • Dostluq, yaradıcılıq və icma ruhu ilə dolu iş mühiti
  • Liderlik vəzifələrinə yüksəlmə imkanı
  • Öz ideyalarını təklif etmək və layihələrə töhfə vermək azadlığı
  • Şəxsi və peşəkar inkişaf
  • Rəqabətli əməkhaqqı

Ünvan: Bakı, Coffee Moffie

CV və özünüz haqqında qısa məktubu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily42
  • Weekly342
  • Monthly1067