Bizimlə çalışmaq istəyən peşəkar və məsuliyyətli namizədlər axtarırıq.
İş şərtləri:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- İş qrafiki: 6 gün iş / 1 gün istirahət
- İş yeri: Bakı şəhəri
- İş saatı: 09:00 – 18:00(şənbə qısa iş günü)
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat sahələrində)
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (restoran və ya xidmət sahəsində təcrübəyə üstünlük verilir)
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək
- Elektron qaimələrin (e-qaimə) və digər elektron sənədlərin tərtib olunması və idarə olunması bacarığı
- Bank əməliyyatları, ödəniş tapşırıqları və kassa əməliyyatları sahəsində bilik və təcrübə
- Rəsmi sənədləşmə və arxivləşdirmə qaydaları üzrə biliklər
- Dəqiq, məsuliyyətli, detallara diqqətli olmaq
- Komanda ilə işləmə bacarığı və operativlik
- Yüklənməyə və dəyişikliklərə uyğunlaşmaq bacarığı
- İşinə ciddi və peşəkar yanaşma
Vəzifə öhdəlikləri:
- Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında aparılması
- Gəlir və xərc sənədlərinin işlənməsi və sistemə daxil edilməsi
- E-qaimə və elektron vergi sənədlərinin hazırlanması
- Aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Müraciət qaydası:
Yuxarıdakı tələblərə uyğun olan namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.