Cofferica Coffee Roasters şirkətinə komanda ilə işləmək və birgə inkişaf etmək istəyən call center operatoru tələb olunur.
İşin vəzifələri:
- Gələn zəng və mesajlara vaxtında və nəzakətli şəkildə cavab vermək
- Müştərilərdən daxil olan sifarişlərin qəbul edilməsi və işlənməsi
- Sifarişlərin sistemə düzgün şəkildə daxil edilməsi
- Wolt, Umico və Bolt platformalarından sifarişlərin yığılması
- Şirkətin məhsul və xidmətlərini düzgün və maraqlı şəkildə təqdim etmək
- Verilən tapşırıqları tez və dəqiq yerinə yetirmək
Tələblər:
- Azərbaycan və rus dillərini bilmək (ingilis dili arzuolunandır)
- Məsuliyyətli, diqqətli və stresə davamlı olmaq
- Düzgün şifahi və yazılı nitq qabiliyyəti
- Kompüter və mesajlaşma tətbiqləri ilə işləmək bacarığı
- Arzuolunandır: kişi namizəd, lakin xanım namizədlər də məmnuniyyətlə qarşılanır
İş şəraiti:
- Əmək haqqı: 600 AZN + bonuslar
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
- Rahat ofis və mehriban kollektiv
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00–18:00
- Şənbə: 10:00–17:00
CV-ni “Call Center Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər və yaxud +99455253-78-85 WhatsApp nömrəsinə göndərə bilərsiniz.