Colchester Academy komandasına qoşulacaq, innovativ layihələrdə iştirak etmək istəyən təcrübəli Unreal Engine Eksperti axtarırıq! Əgər siz rəqəmsal gələcəyi bizimlə birgə qurmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
Gözləntilərimiz:
- Unreal Engine-in ən son versiyalarında yüksək səviyyədə işləmək bacarığı.
- MetaHuman texnologiyası ilə iş təcrübəsi (AI inteqrasiyası və Lip-sync tənzimləmələri daxil olmaqla).
- Yüksək performanslı işləri icra edə biləcək şəxsi kompüter avadanlığına sahib olmaq.
İş Şəraiti:
- İş qrafiki: Tam sərbəst (Full-flexible). Bizim üçün əsas meyar vaxt deyil, nəticə və keyfiyyətdir.
- Maaş: Müsahibə əsasında, təcrübə və layihənin çətinliyinə uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə təyin ediləcək.
- Layihə: Süni intellektlə inteqrasiya olunmuş, canlı danışıq qabiliyyətinə malik MetaHuman avatarların yaradılması.
Maraqlanan namizədlər öz portfoliolarını və CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Detallar və layihənin gedişatı müsahibə zamanı ətraflı müzakirə olunacaq.