Əmək funksiyası:
- Müştəri məmnuniyyətini təmin etmək, müştərilərə yüksək səviyyədə xidmət göstərmək, sifarişləri qəbul etmək, məhsul seçimi üçün şərait yaratmaq və köməklik göstərmək
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək.
- Kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq.
- Şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək.
- Kassa əməliyyatlarını icra etmək.
- Müştəriyə qəbz/qaimə təqdim etmək;
İş şəraiti:
- 2 Növbəli iş qrafiki- 10:00-19:00 və 14:00-22:00 ( həftədə 1 gün istirahət)
- Əmək Haqqı: razılaşma yolu ilə
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş yeri: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi
Namizədlər üçün tələblər:
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqlar
- Problemləri effektiv şəkildə həll etmək
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik
- Müştərilərlə xidmət qaydalarını və metodlarını satış psixologiyasını və prinsiplərini bilmək
- Geyim mağazası sahəsində minimum 1 il müvafiq iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus yaxşı
- Kompüter bilikləri: Micros, Excell
- SMM və marketinq proqramlarında çalışmağı bilənlərə üstünlük veriləcək
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.