İş qrafiki: Tam ştat, 6 günlük
Əmək haqqı: 800 Azn (NET)
Vəzifə öhdəlikləri:
- Call Center komandasının gündəlik fəaliyyətinin idarə olunması və nəzarətdə saxlanılması
- Operator heyətinin iş qrafikinin planlaşdırılması, iş bölgüsünün aparılması və intizamın təmin edilməsi
- Zənglərin cavablandırılması sürəti və xidmət keyfiyyəti üzrə KPI-ların müəyyənləşdirilməsi və icrasına nəzarət
- Zənglərin müntəzəm monitorinqi, keyfiyyət qiymətləndirilməsi və performans analizinin aparılması
- Sürücü heyəti ilə operativ koordinasiyanın təmin edilməsi və xidmət prosesinin fasiləsizliyinə nəzarət
- Müştəri müraciət və şikayətlərinin araşdırılması, həlli və təkrar hallarının qarşısının alınması
- Bölmə üzrə gündəlik, həftəlik və aylıq analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- İş proseslərinin optimallaşdırılması və xidmət standartlarının təkmilləşdirilməsi
Namizədə tələblər:
- Ali təhsil
- Call Center sahəsində minimum 3 il, rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi
- Komanda idarəetmə və motivasiya bacarığı
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı
- Azərbaycan dilində səlis danışıq ,rus dili biliyinin olması mütləqdir
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Peşəkar və dinamik iş mühiti
- Karyera və peşəkar inkişaf imkanları
Maraqlanan namizədlərin Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.