Vəzifə öhdəlikləri:
- Cəmiyyətdə SƏTƏM idarəetmə sisteminin işlək əziyyətdə saxlanması və təkmilləşdirilməsi;
- Cəmiyyətdə SƏTƏM idarəetmə sisteminin sənədləşdirilməsini, sənədlərin işlək vəziyyətdə saxlanmasını və tətbiqini təmin etmək;
- SƏTƏM idarəetmə sisteminin fəaliyyətində qüvvədə olan beynəlxalq və yerli standartların tələblərinə riayət olunmasına nəzarət etmək;
- Cəmiyyətdə yekun işin təhlükəsizliyinə təsir edə biləcək funksiyaların, proseslərin uyğunluğuna, yoxlama üsullarının düzgün seçilməsinə, düzgün və vaxtında tətbiqinə, müvafiq qeydlərin aparılmasına nəzarət etmək;
- Uyğun olmayan xidmətin təsbit edilməsi, təhlili və bir daha təkrarlanmaması şərtiylə uyğunsuzluğun aradan qaldırılması üçün aparılan düzəldici fəaliyyətləri izləmək;
- Düzəldici və önləyici fəaliyyətlərin tətbiqini təmin etmək və səmərəliliyini yoxlamaq;
- SƏTƏM üzrə qeydlərin aparılmasına, sənədləşdırılməsinə, işlək vəziyyətdə saxlanmasına və s; nəzarət etmək;
- Cəmiyyətdə SƏTƏM üzrə daxili auditləri təşkil etmək, audit nəticəsində müəyyənləşdirilmiş zəruri düzəldici fəaliyyətlərin səmərəli tətbiqini yoxlamaq;
- Təlimə (treninqə) olan ehtiyacları müəyyənləşdirməsi və müvafiq təlimlərə göndərilməsinə nəzarət etmək;
- Təlim planının təsirli şəkildə həyata keçirilməsini və təlimdənsonrakı qiymətləndirmələrinə nəzarət etmək;
- Cəmiyyətin SƏTƏM idarəetmə sisteminin prosedurlarını, təlimatları, formaları hazırlamaq, təsdiqlətmək və paylamaq;
- Cəmiyyətin prosedurlarına görə aidiyyatı şəxslərin üzərlərinə düşən vəzifələri yerinə yetirməsinə nəzarət etmək;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
- İldə bir dəfədən az olmadan SƏTƏM idarəetmə sisteminin işlək vəziyyətinin yoxlanması üçün daxili audit keçirtmək.
Namizədə dair tələblər:
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Ali təhsil (müvafiq sahə üzrə);
- SƏTƏM üzrə müvafiq sertifikatlar;
- MS office proqramlarında işləmə bacarığı;
- Əmək Məcəlləsi, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik , Yanğın Təhlükəsizliyi haqqında qanun və normativ hüquqi aktlar haqqında biliklər;
- SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı;
- İSO 9001:2015 İSO 14001:2015 İSO 45001 standartlar üzrə daxili auditor sertifikatları.
İş şərtləri:
- İş yeri: Ələt Limanı;
- İş qrafiki: Növbəli;
- İş saatları: 08:30 - 20:30/20:30 - 08:30;
- Nahar yeməyi və servis şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.