SƏTƏM üzrə mütəxəssis

  • Deadline 18 April 2026

Vəzifə öhdəlikləri: 

  • Cəmiyyətdə SƏTƏM idarəetmə sisteminin işlək əziyyətdə saxlanması və təkmilləşdirilməsi; 
  • Cəmiyyətdə SƏTƏM idarəetmə sisteminin sənədləşdirilməsini, sənədlərin işlək vəziyyətdə saxlanmasını və tətbiqini təmin etmək; 
  • SƏTƏM idarəetmə sisteminin fəaliyyətində qüvvədə olan beynəlxalq və yerli standartların tələblərinə riayət olunmasına nəzarət etmək; 
  • Cəmiyyətdə yekun işin təhlükəsizliyinə təsir edə biləcək funksiyaların, proseslərin uyğunluğuna, yoxlama üsullarının düzgün seçilməsinə, düzgün  və  vaxtında tətbiqinə, müvafiq qeydlərin aparılmasına nəzarət etmək; 
  • Uyğun olmayan xidmətin təsbit edilməsi, təhlili və bir daha təkrarlanmaması şərtiylə uyğunsuzluğun aradan qaldırılması üçün aparılan düzəldici fəaliyyətləri izləmək; 
  • Düzəldici və önləyici fəaliyyətlərin tətbiqini təmin etmək və səmərəliliyini yoxlamaq; 
  • SƏTƏM üzrə qeydlərin aparılmasına, sənədləşdırılməsinə, işlək vəziyyətdə saxlanmasına  və  s; nəzarət etmək; 
  • Cəmiyyətdə SƏTƏM üzrə daxili auditləri təşkil etmək, audit nəticəsində müəyyənləşdirilmiş zəruri düzəldici fəaliyyətlərin səmərəli tətbiqini yoxlamaq; 
  • Təlimə (treninqə) olan ehtiyacları müəyyənləşdirməsi və müvafiq təlimlərə göndərilməsinə nəzarət etmək; 
  • Təlim planının təsirli şəkildə həyata keçirilməsini və təlimdənsonrakı qiymətləndirmələrinə nəzarət etmək; 
  • Cəmiyyətin SƏTƏM idarəetmə sisteminin prosedurlarını, təlimatları, formaları hazırlamaq, təsdiqlətmək və paylamaq; 
  • Cəmiyyətin prosedurlarına görə aidiyyatı şəxslərin üzərlərinə düşən vəzifələri yerinə yetirməsinə nəzarət etmək; 
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir; 
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir; 
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir; 
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir; 
  • İldə bir dəfədən az olmadan SƏTƏM idarəetmə sisteminin işlək vəziyyətinin yoxlanması üçün daxili audit keçirtmək. 

Namizədə dair tələblər:

  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Ali təhsil (müvafiq sahə üzrə);
  • SƏTƏM üzrə müvafiq sertifikatlar;
  • MS office proqramlarında işləmə bacarığı;
  • Əmək Məcəlləsi, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik , Yanğın Təhlükəsizliyi haqqında qanun və normativ hüquqi aktlar haqqında biliklər;
  • SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı;
  • İSO 9001:2015 İSO 14001:2015 İSO 45001 standartlar üzrə daxili auditor sertifikatları.

İş şərtləri:

  • İş yeri: Ələt Limanı;
  • İş qrafiki: Növbəli;
  • İş saatları: 08:30 - 20:30/20:30 - 08:30;
  • Nahar yeməyi və servis şirkət tərəfindən qarşılanır.

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.

  • Daily0
  • Weekly341
  • Monthly1471