Əsas vəzifələr:
- Mühasibatlıq, maliyyə, alış, satış və anbar əməliyyatlarının 1C sistemində düzgün və vaxtında əks etdirilməsi;
- İlkin uçot sənədlərinin sistemə daxil edilməsi, və uçotunun aparılması;
- Kontragent (müştəri və təchizatçı) məlumat bazasının yaradılması, və idarə olunması;
- Bank, kassa və digər maliyyə əməliyyatlarının sistemdə işlənməsi və uçot məlumatları ilə uyğunlaşdırılması;
- Müxtəlif mənbələrdən daxil olan məlumatların sistemə inteqrasiyası;
- Debitor və kreditor borclarının 1C sistemində uçotunun aparılması;
- Sistem məlumatlarının təhlili, uyğunsuzluqların aşkar edilməsi və aradan qaldırılması;
- 1C sistemindəki məlumatların və hesabatların keyfiyyətinin və tamlığının təmin edilməsi;
- Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
- Ali təhsil;
- 1C proqramı ilə işləmə təcrübəsi;
- Mühasibat uçotunun əsas prinsipləri üzrə biliklər;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə və rəqəmlərlə işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və yüksək icra intizamı;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
Üstünlük hesab olunur:
- Pərakəndə satış və ya distribusiya sektorunda iş təcrübəsi;
- ERP sistemləri ilə işləmə təcrübəsi;
- Debitor və kreditor borclarının idarə olunması sahəsində təcrübə;
- Elektron qaimə, bank əməliyyatları və ilkin mühasibat sənədləri ilə işləmə təcrübəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı məktubun mövzu hissəsində vəzifə adı mütləq qeyd olunmalı.