Admin

  • Истекает 13 февраль 2026

Əsas Vəzifə Öhdəlikləri:

  • Ofisin gündəlik fəaliyyətlərini, inzibati işləri və dəstək xidmətlərini təşkil və nəzarət etmək.
  • Təchizatçılar və podratçılarla münasibətləri idarə etmək, xidmət keyfiyyəti və xərclərin effektivliyinə nəzarət etmək.
  • Müraciətlər, hadisələr və ya xidmətlə bağlı məsələləri operativ və effektiv şəkildə həll etmək.
  • İş mühitinin səmərəliliyini, əməkdaş məmnunluğunu və xidmət keyfiyyətini artırmağa yönəlmiş təşəbbüslər etmək.
  • Ofis üçün tələb olunan malların, avadanlıqların və xidmətlərin satınalma prosesini idarə etmək, sifarişlərin vaxtında və büdcəyə uyğun şəkildə təmin olunmasını təmin etmək.
  • Ofis avadanlıqlarının və infrastrukturun (IT, texniki avadanlıqlar, kommunal sistemlər və s.) işlək vəziyyətdə olmasına nəzarət etmək, zəruri texniki xidmətlərin təşkilini həyata keçirmək.
  • İnzibati heyətin və şirkət nəqliyyat vasitələrinin iş qrafiklərini və davamiyyətini izləmək, daxili qaydalara uyğunluğunu təmin etmək.
  • Ezamiyyətlərə gedəcək əməkdaşların nəqliyyatla təmin olunmasını təşkil etmək.
  • Şirkətin təhlükəsizlik, təmizlik və digər texniki dəstək xidmətlərinə nəzarət etmək.

Namizədə Tələblər:

  • Ofis Əməliyyatları Meneceri, İnzibati Menecer və ya oxşar sahədə iş təcrübəsi.
  • Kollektivlə işləmək bacarığı.
  • Operativlik, məsuliyyətlilik, detallara diqqət etmə bacarığı
  • Yüksək təşkilatçılıq qabiliyyəti, ünsiyyət bacarığı və problem həll etmə bacarığı.
  • MS Office proqramları üzrə sərbəst istifadə bacarığı, ERP/CRM sistemləri ilə tanışlıq üstünlükdür.
  • Azərbaycan dilində səlist danışıq və yazı qabiliyyəti (Rus və ingilis dili üstünlükdür)
  • Təzyiq altında işləmək, bir neçə işi paralel idarə etmək və son tarixlərə riayət etmək bacarığı.
  • Hesabatların hazırlanması bacarıqları.
  • Sürətlə inkişaf edən şirkət mühitində çevik və uyğunlaşma qabiliyyətli olmaq.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.

  • Daily67
  • Weekly448
  • Monthly1235