Əsas Vəzifə Öhdəlikləri:
- Ofisin gündəlik fəaliyyətlərini, inzibati işləri və dəstək xidmətlərini təşkil və nəzarət etmək.
- Təchizatçılar və podratçılarla münasibətləri idarə etmək, xidmət keyfiyyəti və xərclərin effektivliyinə nəzarət etmək.
- Müraciətlər, hadisələr və ya xidmətlə bağlı məsələləri operativ və effektiv şəkildə həll etmək.
- İş mühitinin səmərəliliyini, əməkdaş məmnunluğunu və xidmət keyfiyyətini artırmağa yönəlmiş təşəbbüslər etmək.
- Ofis üçün tələb olunan malların, avadanlıqların və xidmətlərin satınalma prosesini idarə etmək, sifarişlərin vaxtında və büdcəyə uyğun şəkildə təmin olunmasını təmin etmək.
- Ofis avadanlıqlarının və infrastrukturun (IT, texniki avadanlıqlar, kommunal sistemlər və s.) işlək vəziyyətdə olmasına nəzarət etmək, zəruri texniki xidmətlərin təşkilini həyata keçirmək.
- İnzibati heyətin və şirkət nəqliyyat vasitələrinin iş qrafiklərini və davamiyyətini izləmək, daxili qaydalara uyğunluğunu təmin etmək.
- Ezamiyyətlərə gedəcək əməkdaşların nəqliyyatla təmin olunmasını təşkil etmək.
- Şirkətin təhlükəsizlik, təmizlik və digər texniki dəstək xidmətlərinə nəzarət etmək.
Namizədə Tələblər:
- Ofis Əməliyyatları Meneceri, İnzibati Menecer və ya oxşar sahədə iş təcrübəsi.
- Kollektivlə işləmək bacarığı.
- Operativlik, məsuliyyətlilik, detallara diqqət etmə bacarığı
- Yüksək təşkilatçılıq qabiliyyəti, ünsiyyət bacarığı və problem həll etmə bacarığı.
- MS Office proqramları üzrə sərbəst istifadə bacarığı, ERP/CRM sistemləri ilə tanışlıq üstünlükdür.
- Azərbaycan dilində səlist danışıq və yazı qabiliyyəti (Rus və ingilis dili üstünlükdür)
- Təzyiq altında işləmək, bir neçə işi paralel idarə etmək və son tarixlərə riayət etmək bacarığı.
- Hesabatların hazırlanması bacarıqları.
- Sürətlə inkişaf edən şirkət mühitində çevik və uyğunlaşma qabiliyyətli olmaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.