Vəzifə öhdəlikləri:
- Şirkətin və müştərilərin biznes proseslərinə uyğun süni intellekt (AI) həllərinin dizaynı, hazırlanması və tətbiqi• Müxtəlif AI platformaları və xidmətləri (LLM, automation tools və s.) ilə inteqrasiyaların qurulması və idarə edilməsi
- Mövcud sistemlərə AI əsaslı avtomatlaşdırma və ağıllı iş axınlarının (workflows) əlavə edilməsi
- REST API, webhook və digər interfeyslər vasitəsilə AI modelləri ilə daxili və xarici sistemlər arasında məlumat mübadiləsinin təmin edilməsi
- AI həllərinin performansının monitorinqi, optimallaşdırılması və texniki dəstəyinin təmin olunması
- Müştərilərə və daxili komandaya AI alətlərinin effektiv istifadəsi üzrə texniki dəstək və təlimlərin təşkili
- Yeni AI texnologiyalarının araşdırılması və şirkət daxilində tətbiq imkanlarının qiymətləndirilməsi
Tələblər:
- AI/ML modelləri və platformaları ilə praktiki iş təcrübəsi
- Ən azı bir proqramlaşdırma dili üzrə bilik
- REST API, webhook və məlumat bazaları ilə işləmə təcrübəsi
- Sistem inteqrasiyası və arxitektura anlayışı
- Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı
- İngilis dilində texniki sənədləri oxuma və anlama bacarığı
Üstünlüklər:
- LLM əsaslı tətbiqlərin (chatbotlar, AI agentlər və s.) hazırlanması və inteqrasiyası təcrübəsi
- Prompt engineering və AI workflow qurulması üzrə biliklər
- Cloud platformalar (AWS, Azure, GCP) ilə iş təcrübəsi
- Microservices və ya event-driven arxitektura anlayışı
- Data pipeline və ETL prosesləri ilə tanışlıq
- DevOps alətləri (Docker, CI/CD və s.) ilə ilkin təcrübə
- Müştəri yönümlü layihələrdə iştirak təcrübəsi
- Biznes proseslərinin analizi və optimizasiyası üzrə anlayış
Biz təklif edirik:
- İnkişaf və öyrənmə yönümlü, innovativ iş mühiti
- Real biznes problemlərini həll edən AI layihələrində iştirak imkanı
- Müxtəlif sektorlarla (retail, telecom, manufacturing və s.) işləmək imkanı
- Sürətli karyera inkişafı və məsuliyyət artımı
- Beynəlxalq layihələrdə iştirak perspektivi
- Rəsmi əmək müqaviləsi
Şərtlər: Rəsmi əmək müqaviləsi
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “AI İnteqrasiya Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.