Olimpik Star əyləncə mərkəzinə yaxın ərazidə yaşayan şəxslərə üstünlük verilir.
Tələblər
Sürücü kimi
- B kateqoriyası sürücülük vəsiqəsi (minimum 3 il təcrübə).
- Şəhərdaxili və şəhərlərarası yolları yaxşı tanımaq.
- Təmkinli, təhlükəsiz və diqqətli sürücülük.
- Avtomobilə gündəlik texniki baxış: yağ, su, təkər, təmizlik.
- Təmiz sürücülük tarixi (ciddi pozuntu və qəzasız).
- Uşaqları, ailə üzvlərini təhlükəsiz və məsuliyyətli daşımaq.
Köməkçi kimi
- Ailə evində gündəlik xırda işlərdə kömək: alış-veriş, paketlərin daşınması, çatdırılma işləri.
- Evdən çıxış-gəlişlərdə (məktəb, kurs, qonaq, hava limanı) dəstək.
- Sadə məişət işlərində ehtiyac olduqda yardım (bağ sahəsi, anbar, qablaşdırma, yüngül təmizlik).
- Tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Şəxsi keyfiyyətlər
- Etibarlı, sadiq və məsuliyyətli.
- Səliqəli görünüş və yüksək şəxsi mədəniyyət.
- Gizliliyə riayət (ailə məlumatlarının paylaşılmaması).
- Çevik iş qrafikinə uyğunlaşmaq bacarığı.
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- İş saatı: 5 gün 08:15-də başlayır,
- şənbə günü 10:00 ; 11:00 başlayır, bitmə saatı işə görə dəyişir.
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Ünvan: Olimpik Star əyləncə mərkəzinə yaxın ərazidə yaşayan şəxslərə üstünlük verilir.
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi Müraciət Et düyməsində göstərilən e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Ailə sürücüsü” qeyd etməyi unutmayın.