Vəzifə öhdəlikləri:
- Malların düzgün qəbulu, yerləşdirilməsi və çıxışı proseslərinin icrasına nəzarət etmək;
- Məhsulların anbara düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
- Günlük anbar hərəkətlərini Excel və ya anbar proqramında qeydiyyata almaq;
- Sayım və inventarizasiya proseslərində iştirak etmək;
- Anbarın təmiz, səliqəli və təhlükəsiz saxlanmasına nəzarət etmək.
Namizədə tələblər:
- Anbardar vəzifəsində ən azı 2 il iş təcrübəsi;
- Təhsil- ali (iqtisadiyyat və ya hümunitar sahələr üzrə ixtisası olması arzu olunandır)
- MS Office, xüsusilə Excel və ERP anbar idarəetmə proqramlarından sərbəst istifadə bacarığı;
- Dil biliyi- Azərbaycan dili yaxşı, İngilis dili və Rus dili orta səviyyədə;
- Şəxsi keyfiyyətlər-dəqiqlik, məsuliyyət və operativlik;
- Komandada işləmək bacarığı;
- Hərbi xidməti başa vurmuş namizədlərə üstünlük verilir.
Əmək haqqı və iş şərtləri:
- Əmək haqqı: 1000-1300 AZN (namizədin təcrübə, bilik və bacarıqlarından asılı olaraq);
- Ştat cədvəlinə uyğun rəsmi əmək müqaviləsi;
- İş qrafiki: 6 günlük iş həftəsi və qrafikə uyğun həftədə 1 gün istirahət;
- İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsinin şimal-şərqində, Sahil–Müşfiq avtomobil yolunun şərq hissəsində yerləşən zavod ərazisi;
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
İşə qəbul zamanı Qaradağ rayonu ərazisində yaşayan namizədlərə daha üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Anbardar” yazaraq göndərə bilərlər.